“Unibank” silahlı insidentlə bağlı məlumat yaydı

“Unibank”  silahlı insidentlə bağlı məlumat yaydı
04.03.2023 19:59
Aa
dəq

“Bu gün günorta saatlarında Xətai rayonu ərazisində yerləşən supermarketdə baş vermiş silahlı hücum faktı zamanı həlak olan mühafizə əməkdaşı Həsənov Rüfət Rahib oğlunun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk”.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə “Unibank Kommersiya Bankı” ASC məlumat yayıb.

“Silahlı hücum nəticəsində ağır yaralanan Unibankın əməkdaşı, kassir-inkassator Şeydayev Samir Ruslan oğluna şəfa diləyirik. Hazırda Samir Şeydayevin xəstəxana şəraitində müalicəsi davam etdirilir. Əməkdaşımızın müəlicəsi ilə bağlı bütün tədbirlər bank rəhbərliyinin diqqətində saxlanılır.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat rəsmi qurumlar tərəfindən veriləcək. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən rəsmi qurumlarla dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması bir daha xahiş olunur” - məlumatda qeyd olunub. 

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu