Operativ Məlumat Mərkəzi

UNEC-in tələbəsi NASA-nın saytında problem aşkarlayıb

1 dəq
Paylaş:
UNEC-in tələbəsi NASA-nın saytında problem aşkarlayıb
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnformasiya təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsi Hüseyn Qadaşov National Aeronautics and Space...

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnformasiya təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsi Hüseyn Qadaşov National Aeronautics and Space Administration saytında xəta olduğunu aşkarlayaraq, NASA-ya bu barədə rəsmi məlumat verib.

Universitetdən "Operativ Məlumat Mərkəzi-OMM"-yə verilən xəbərə görə, sözügedən qurum UNEC tələbəsinin bildirişindən sonra xətanı aradan qaldırıb. Tələbənin tapdığı boşluqda saytın error mesajindan sonra NASA-nın SQL bazası, server və drayver haqqında məlumatları əks olunurdu. Boşluq daxilindəki məlumatları əldə edən məkrli şəxslər NASA-nın infrastrukturu və serverlərinə qarşı təhlükə yaradaq, haker hücumları törədə bilərdilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər