“Əl-Faşerdə törədilən vəhşiliklərin soyqırıma işarə edir”.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, BMT-nin faktaraşdırıcı missiyası Sudanın əl-Faşer şəhərinin mühasirəsi və ələ keçirilməsi zamanı törədilən cinayətlərlə bağlı toplanan dəlillərin soyqırımı əlamətləri daşıdığını açıqlayıb.
Məlumata görə, hərbiləşdirilmiş Sürətli Dəstək Qüvvələri (RSF) 18 aylıq blokadadan sonra oktyabr ayının sonunda Darfurun qərbində yerləşən əl-Faşer şəhərini ələ keçirib. Hadisə Sudanda təxminən üç ildir davam edən vətəndaş müharibəsinin ən qəddar mərhələlərindən biri kimi qiymətləndirilir və geniş beynəlxalq qəzəbə səbəb olub.