"Ukraynaya süni şəkildə “Koreya sülh modeli” tətbiq etmək cəhdləri mənasızdır və başqa həll yollarına ehtiyac var".
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Mariya Zaxarovanın sözlərinə görə, Rusiya hazırda “nə Kiyevdə, nə də Qərbdə sülh üçün heç bir siyasi iradə görmür”.