ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Rusiya-Ukrayna müharibəsində Ukraynaya maliyyə dəstəyini dayandırmaq istədiklərini və bölgədə sülh istədiklərini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki bununla bağlı xarici KİV məlumat yayıb.
“Ukraynanın müharibəsini maliyyələşdirməkdən bezmişik. Artıq buna sülh yolu ilə bir həll tapmaq istəyirik”,- o bildirib.
Vens ABŞ xalqının vergilərinin bu müharibəyə xərclənməsindən yorulduğunu və Avropa ölkələrinin məsuliyyəti üzərinə götürməli olduğunu vurğulayıb:
“Avropalılara dediyimiz şey sadə idi. Hər şeydən əvvəl bu müharibə sizin burnunuzun ucundadır, sizin arxa qapınızdadır. Siz bir addım irəli çıxıb daha böyük addımlar atmalısınız. Əgər bu münaqişəyə bu qədər önəm verirsinizsə, onu daha birbaşa şəkildə maliyyələşdirməyə hazır olmalısınız”.