Operativ Məlumat Mərkəzi

Ukraynanın ədliyyə naziri vəzifəsindən azad edilib

1 dəq
Paylaş:
Ukraynanın ədliyyə naziri vəzifəsindən azad edilib
bu barədə Ukraynanən Baş naziri Yulia Siviridenko özünün “X” hesabında məlumat verib. “Bu səhər, hökumətin fövqəladə iclası keçirildi. Qerman Qaluşenko...

Ukraynanın ədliyyə naziri Qerman Qaluşenko vəzifəsindən azad edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukraynanən Baş naziri Yulia Siviridenko özünün “X” hesabında məlumat verib.

“Bu səhər, hökumətin fövqəladə iclası keçirildi. Qerman Qaluşenko ədliyyə naziri vəzifəsindən azad olunması ilə bağlı qərar verildi. Hökumətin qərarı ilə ədliyyə nazirinin vəzifələrinin icrası ədliyyə nazirinin Avropaya İnteqrasiya məsələləri üzrə müavini Lyudmila Suqaka həvalə olunub”,- Siviridenko bildirib.

Qeyd edək ki, Qaluşenko bundan əvvəl korrupsiya ittihamları ilə əlaqədar olaraq yoxlanılmışdı.

Onun vəzifədən azad edilməsinin korrupsiya ilə bağlı olub-olmadığı açıqlanmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər