Ukraynalı deputat humanitar yardıma görə Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib

Ukraynalı deputat humanitar yardıma görə Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib
18.07.2023 16:19
Aa
dəq

“Ukraynaya humanitar yardıma və sistemli dəstəyə görə Azərbaycan Prezidentinə və dost Azərbaycan xalqına təşəkkür edirəm”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “Ukrayna-Azərbaycan: qlobal dünya nizamına çağırışlar qarşısında strateji tərəfdaşlıq. Üçüncü dialoq” adlı dəyirmi masada Ukrayna Ali Radasının deputatı, Energetika və mənzil-kommunal təsərrüfatı komitəsinin üzvü, enerjiyə qənaət və enerji səmərəliliyi üzrə alt komitənin rəhbəri Sergey Naqornyak deyib.

“Azərbaycan Prezidenti İlham Əliyev humanitar yardım çərçivəsində Ukraynaya elektrik avadanlıqlarının satın alınması və göndərilməsi üçün əlavə 7,6 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. Bu yardıma, Rusiyanın genişmiqyaslı müharibəsindən sonra hiss etdiyimiz sistemli dəstəyə görə Azərbaycan Prezidentinə və dost Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. Azərbaycanın ərazi bütövlüyümüzü dəstəkləməsi bizim üçün vacibdir. Genişmiqyaslı müharibədən sonrakı ilk günlərdə Azərbaycan Ukraynaya böyük humanitar yardım partiyası, xüsusən də dərman və tibbi avadanlıqlar göndərib və o vaxtdan bəri humanitar yardım sistemli şəkildə həyata keçirilir”, - o bildirib.

S.Naqornyak əlavə edib ki, ölkə üçün kritik bir dövrdə Azərbaycan da Ukraynanın enerji sektoruna töhfə verib: “Biz 2022-2023-cü illərdəki qış mövsümünü olduqca çətin keçirdik və Azərbaycan öz köməyi ilə bu çətin dövrdən çıxmağımıza yardım göstərib. İndi Ukraynanın enerji sektoruna da yardım ayrılıb. Bu, bizim üçün çox vacibdir, çünki biz enerji sistemini bərpa edir və qışa hazırlaşırıq”.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu