Operativ Məlumat Mərkəzi

Ukraynada məhv edilən Rusiya hərbçilərinin sayı 194 mini ötüb

1 dəq
Paylaş:
Ukraynada məhv edilən Rusiya hərbçilərinin sayı 194 mini ötüb

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 194 430 hərbçisi məhv edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Bildirilib ki, son sutka ərzində 660 Rusiya hərbçisi zərərsizləşdirilib.

Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 723 tank, 7 248 zirehli maşın, 2 572 operativ-taktiki PUA, 3 010 artilleriya sistemi, 306 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 5 952 avtomobil və tanker, 947 qanadlı raket, 18 gəmi və kater, 380 xüsusi texnikadan ibarətdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər