24 fevral 2022-ci ildən 2023-cü il mayın 8-dək Ukraynada müharibə səbəbilə həlak olan mülki vətəndaşların sayı açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb.
Belə ki, bu günə qədər 8791 dinc sakin həlak olub, 14 815 nəfər yaralanıb. Ölənlərin 3977-si kişi, 2367-si qadın, 271-i oğlan, 217-si qızdır. Ölən 1928 böyük və 31 uşağın cinsiyyətini müəyyən etmək mümkün olmayıb.