Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ukraynada 23,7 min nəfər itkin düşüb

2 dəq
Paylaş:
Ukraynada 23,7 min nəfər itkin düşüb

Federasiyasının Ukraynaya genişmiqyaslı müharibəsi nəticəsində 23 760 vətəndaş itkin düşmüş hesab olunur.

"Operativ Məlumat Mərkəzi-OMM" Daxili İşlər Nazirliyinin (DİN) xidmətinə istinadən xəbər verir ki, bu barədə DİN rəhbərinin müavini Leonid bildirib.

O qeyd edib ki, müharibə başlayandan indiyədək itkin düşmüş şəxslərlə bağlı 101 543 fakt qeydə alınıb, bundan sonra məlumatlar vahid reyestrə daxil edilib.

"Daha sonra prioritet yoxlama tədbirləri həyata keçirilib. 54 310 nəfər aşkar edilib", - Leonid Timçenko deyib.

Bütün lazımi tədbirlər görüldükdən sonra 31 330 nəfər barəsində axtarış elan edilib, onlardan 7 570 nəfəri tapılıb, qalanları isə xüsusi şəraitdə itkin düşmüş hesab olunur. Bunlara silahlı münaqişə, hərbi , müvəqqəti işğallar, təbii və ya texnogen xarakterli fövqəladə hallar daxildir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax