Operativ Məlumat Mərkəzi

Ukrayna XİN başçısı Aİ ölkələrinin xarici işlər nazirləri ilə qeyri-rəsmi görüş keçirəcək

1 dəq
Paylaş:
Ukrayna XİN başçısı Aİ ölkələrinin xarici işlər nazirləri ilə qeyri-rəsmi görüş keçirəcək

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sabah İsveçin paytaxtı Stokholmda Avropa İttifaqının xarici işlər nazirləri ilə keçiriləcək qeyri-rəsmi görüşdə iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə İsveç hökumətinin ofisi məlumat yayıb.

“Mayın 13-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İsveçin xarici işlər naziri Tobias Billström və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin dəvəti ilə Stokholma səfər edəcək. O, digər məsələlərlə yanaşı, XİN başçılarının qeyri-rəsmi toplantısında da iştirak edəcək. Aİ ölkələrinin xarici işlər nazirlərinin gündəmində Aİ-nin Ukraynaya gələcək dəstəyi ilə bağlı danışıqlar dayanacaq”, - məlumatda deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər