Kiyev və Ankara müdafiə sektorunda birgə layihələrə dair hökumət səviyyəsində və şirkətlər səviyyəsində razılıq əldə ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların yekunlarına dair mətbuat konfransında deyib:
“Bu gün biz müdafiə sektorunda həm hökumət səviyyəsində, həm də dövlətlərimizdə şirkətlər səviyyəsində ikitərəfli əməkdaşlığı müəyyən etmişik. Birgə layihələrlə bağlı razılaşmalar əldə olunub”.
Zelenski Türkiyənin hərbi-sənaye kompleksinin nümayəndələri ilə görüşlər keçirdiyini qeyd edib: “Biz müzakirə etdiyimiz layihələri həyata keçirmək üçün mümkün qədər tez hərəkət etməyə hazırıq”.