Operativ Məlumat Mərkəzi

Ukrayna və Qazaxıstan liderləri arasında telefon danışığı olub

1 dəq
Paylaş:
Ukrayna və Qazaxıstan liderləri arasında telefon danışığı olub
bu barədə V.Zelenski “X”də yazıb. O, həmkarına Sülh Formulu görüşünün nəticələri və Qlobal Sülh Sammitinə hazırlıq barədə məlumat verib. “Biz həmçinin...

Ukrayna Prezidenti Volodimir Zelenski ilə qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev arasında telefon danışığı olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə V.Zelenski “X”də yazıb.

O, həmkarına Sülh Formulu görüşünün nəticələri və Qlobal Sülh Sammitinə hazırlıq barədə məlumat verib.

“Biz həmçinin ikitərəfli ticarəti və siyasi dialoqu inkişaf etdirmək yollarını müzakirə etdik”, - V.Zelenski yazıb.

O, həmçinin Ukraynaya göstərilən dəstəyə görə K.J.Tokayevə təşəkkür edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər