Ukrayna səfiri: “Totalitar rejimlərin azad dünyaya qarşı təcavüzünü unutmaq haqqımız yoxdur”

Ukrayna səfiri: “Totalitar rejimlərin azad dünyaya qarşı təcavüzünü unutmaq haqqımız yoxdur”
08.05.2023 16:54
Aa
dəq

"Biz nəyin bahasına olursa olsun, dayanacağımızı dəqiq bilirik! Özümüzə aid olanı qoruyuruq! Antiraşist koalisiya ilə birlikdə qalib gələcəyik, şəhərlərimizi, kəndlərimizi, körpülərimizi, yollarımızı yenidən quracağıq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladyslav Kanevski "Totalitar rejimlərin azad dünyaya qarşı təcavüzü: unutmaq haqqımız yoxdur" adlı məqaləsində bildirib.

Müəllif xatırladıb ki, hər il mayın 8-də Anım və Barışıq Günündə nasizmə qarşı mübarizə aparan bütün döyüşçülərin və İkinci Dünya Müharibəsində həlak olanların xatirəsi ehtiramla yad edilir: "Biz totalitar şər maşınına mərdcəsinə müqavimət göstərənlərin cəsarətini xatırlamalı və onları hörmətlə anmalıyıq. Bu gün müharibə bədəlinin nə qədər yüksək olduğunu anladan bir növ xatırlatmadır. Bunlar isə döyüş meydanında, konsentrasiya düşərgələrində və məcburi işlərdə həlak olmuş milyonlarla insanlar, əbədi qırılan insan taleləri və təsvirolunmaz acılardır. Anti-Hitler koalisiyasına daxil olan müxtəlif xalqlar bu pisliyə qarşı çıxdılar. Hər bir belə xalqın həmin müharibədə öz mübarizə tarixi və ümumi qələbə tarixi vardır".

Səfir bildirib ki, müxtəlif mənbələrə görə, müharibə zamanı hərbçilər və mülki əhali arasında ümumi itkilərin sayı 50-75 milyon nəfər arasında dəyişir: "Onların təxminən 8-10 milyonu ukraynalılardır ki, bu da o dövrdə Ukraynanın bütün əhalisinin demək olar ki, dörddə birini təşkil edir. Biz xalqımızın faşizm üzərində qələbəyə verdiyi töhfəni heç vaxt unutmayacağıq və heç kimə bu qələbədə ukraynalıların rolunu azaltmağa imkan verməyəcəyik. Bununla əlaqədar biz Vladimir Putin Rusiyasının nasizm üzərində qələbəni mənimsəmək cəhdlərini qətiyyətlə pisləyirik. Heç bir xalq iddia edə bilməz ki, faşizmin məğlubiyyətində onun rolu müstəsna rol olub. Anım və Barışıq Günü qaliblərin məğlub olanlar üzərində qələbəsini simvolizə etmir, əksinə, bu gün dəhşətli fəlakəti xatırladır və mürəkkəb beynəlxalq problemlərin güc, ultimatum və ilhaq yolu ilə həll edilə bilməyəcəyi barədə bir növ xəbərdarlıqdır".

V.Kanevski vurğulayıb ki, müharibənin ən mühüm nəticəsi qələbəyə pərəstiş yox, sülhü dəyərləndirmək, onu bütün sülh vasitələri ilə qəti və şərtsiz müdafiə etmək bacarığı olmalıdır: "Bu fəlakətləri xatırladığımız müddətcə, onlar bir daha təkrarlanmayacaq. Məhz buna görə də ukraynalılar rus manipulyasiyası olan “Bir daha təkrar edə bilərik” şüarı əvəzinə Avropa yaddaş modeli olan “Bir daha heç vaxt” şüarını seçdilər".

Onun sözlərinə görə, bu gün Rusiya İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər sistemini məhv edir: "Kreml suveren dövlətə və azad xalqa qarşı İkinci Dünya Müharibəsindən bəri Avropada ən böyük qitə müharibəsini açmaqla beynəlxalq sülh və təhlükəsizliyi məhv edir. Ukraynalılar o vaxt olduğu kimi, indi də müharibə istəmirlər. Bizə başqasınınki lazım deyil, biz heç vaxt öz prinsiplərimizi, siyasətimizi başqasına sırımamışıq. Biz öz azadlığını, müstəqilliyini yüksək qiymətləndirən, doğma yurdunu sevən sülhsevər xalqıq və onu bütün vasitələrlə müdafiə edəcəyik. Ukraynalılar üçün bugünkü müharibə Ukrayna millətinin varlığı uğrunda gedən mübarizədir".

Diplomat yazıb ki, Ukrayna 80 il əvvəl olduğu kimi indi də totalitarizmə və qanunsuzluğa qarşı mübarizə aparır: "80 il əvvəl olduğu kimi, Ukrayna özünün, Avropanın və bütün sivil dünyanın gələcəyi üçün mübarizə aparır. Ona görə də bu gün bütün dünya saxta totalitar ideallar deyil, demokratik dəyərlər ətrafında birləşməlidir. Haqqın vaxtıdır. Birliyimizin gücü şər qüvvələrə qarşı həlledici cavaba çevrilməlidir ki, gələcək naminə şərə birlikdə qalib gələk".

"Biz yeni Ukrayna quracağıq! İndi isə biz Ukraynanı dəstəkləməyə davam edirik, çünki onun qələbəsi bizim hamımızın qələbəsi deməkdir", - səfir əlavə edib.

Həftənin ən çox oxunanları

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu