Ukrayna Silahlı Qüvvələri Rusiyanın Belqorod vilayətində Federal Təhlükəsizlik Xidmətinin (FTX) binasına hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS rəsmi quruma istinadən məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum nəticəsində binanın fasadı zədələnib, pəncərələri sınıb.
İtki yoxdur.