Əsas məzmuna keç

Ukrayna ordusu hücum üçün 8 briqada yaradıb

Ukrayna ordusu hücum üçün 8 briqada yaradıb

Ukraynanın daxili işlər naziri İqor Rusiyaya qarşı hücum üçün 8 briqadanın yaradıldığını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Klimenko “İnterfaks-Ukrayna” agentliyinə müsahibəsində deyib.

Klimenko torpaqlarından rusların çıxarılması üçün hazırlıqların davam etdirildiyini, əks-hücum üçün yeni briqadaların yaradıldığını bildirib.

Briqadaların silahla təchiz olunduğunu bildirən nazir Klimenko, "Bizim əlavə komandalar yaratmaq planımız var, çünki buna tələbat var və imkanlarımız da kifayət qədərdir", - ifadəsini işdib.

O qeyd edib ki, tapşırıq verildikdən sonra briqadalar müdafiə qüvvələrinin tabeliyinə keçəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…