Ukrayna Olimpiya Oyunlarını boykot edə bilər

Ukrayna Olimpiya Oyunlarını boykot edə bilər
27.01.2023 17:17
Aa
dəq

Ukrayna Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri Vadim Qutsayt Olimpiya Oyunlarını boykot edə biləcəklərini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, buna səbəb Beynəlxalq Olimpiya Komitəsi (BOK) rusiyalı və belaruslu idmançıların müəyyən qaydalara riayət etməklə neytral statusda turnirdə çıxış etmə imkanlarının araşdırılacağı ilə bağlı açıqlama olub 

Qutsayt sosial şəbəkələrdə buna etiraz edib və Ukraynanın hərbi əməliyyatlar bitənədək məsələyə qarşı çıxacağını vurğulayıb.

“Hazırda sanksiyaların uzadılması, rusiyalı və belaruslu idmançıların beynəlxalq yarışlarda iştirakının qarşısını almaq üçün növbəti mümkün addımlar və prioritet tədbirlər üzərində iş aparılır. Əgər səsimiz eşidilməzsə, boykot edib Olimpiya Oyunlarında iştirakdan imtina edəcəyimizi istisna etmirəm”, - o yazıb.

Qeyd edək ki, növbəti Olimpiada 2024-cü ildə Parisdə keçiriləcək.

Həftənin ən çox oxunanları

Güləş üzrə Dünya Kubokları ləğv edilib

Güləş üzrə Dünya Kubokları ləğv edilib
DAVAMIN OXU davamın oxu

Avropa çempionatı: Azərbaycanın bir güləşçisi yarımfinala yüksəlib, digərləri uduzub

Avropa çempionatı: Azərbaycanın bir güləşçisi yarımfinala yüksəlib, digərləri uduzub
DAVAMIN OXU davamın oxu

Paris - 2024: Böyük Britaniya Rusiyaya qarşı çıxdı

Paris - 2024: Böyük Britaniya Rusiyaya qarşı çıxdı
DAVAMIN OXU davamın oxu