Norveç və Ukrayna Ukrayna dronlarının Norveçdə istehsalına dair müqavilə imzalayıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, ilk çatdırılmalar bu yay planlaşdırılır.
Qeyd olunub ki, razılaşma Ukrayna dronlarının Norveçdə birgə istehsalına yol açır.
Hökumətin məlumatına görə, saziş əvvəllər Norveç Baş naziri Jonas Gar Store və Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən imzalanmış birgə bəyannaməni tamamlayır.
Qeyd olunur ki, Ukrayna istehsalçısı Norveç Müdafiə Nazirliyinə ilk dronların yay aylarına qədər Ukraynaya çatdırılacağını gözlədiyini bildirib.