Ukrayna dronları bir həftə ərzində Qara və Azov dənizlərində Rusiyanın "kölgə donanması"nın 12 gəmisini vurub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi teleqram kanalında bildirib.
Məlumata əsasən, gəmilər avqustun 1-8-i "MoLoÇKa" əməliyyatı çərçivəsində Qara və Azov dənizlərində vurulub.
Brovdinin sözlərinə görə, gəmilərdən biri Gelencik rayonunda vurulub.
İyulun 6-dan bəri davam edən "MoLoÇKa" əməliyyatının başlanğıcından bu yana Ukrayna qüvvələri ümumilikdə 218 su nəqliyyatı vurub. Onlardan 134-ü Azov dənizində, 84-ü isə Qara dənizdə vurulub.
Brovdi əməliyyatın əvvəlcə müəyyən edilmiş 221 gəmi hədəfinə çatdıqdan sonra da davam edəcəyini bəyan edib. O, həmçinin Kerç boğazından gəmi hərəkətinin iyulun 10-dan bəri blokada altında qaldığını bildrib.