Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

UEFA “Turan Tovuz” klubunun avrokuboklarda iştirakına qadağa qoyub

2 dəq
Paylaş:
UEFA “Turan Tovuz” klubunun avrokuboklarda iştirakına qadağa qoyub

“Turan ” klubunun avrokuboklarda iştirakına qadağa tətbiq edib. Buna səbəb kimi 2019-cu ildə klubun 7 futbolçusunun oyun alqı-satqısı ilə bağlı cəzalandırılması göstərilir.

Klubun yaydığı rəsmi açıqlamada bildirilir ki, 2025/2026-cı illər mövsümünü 3-cü pillədə başa vuraraq Konfrans Liqasına vəsiqə qazansalar da, UEFA İntizam Komitəsinin araşdırması nəticəsində 2 iyun 2026-cı il tarixində komandanın 2026/2027-ci illər mövsümündə UEFA yarışlarından kənarlaşdırılmasına qərar verilib. Qurum bu addımı İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarına əsaslandıraraq atıb.

Xatırladaq ki, həmin dövrdə I Divizionda çıxış edən komandanın 7 futbolçusu futbolla bağlı bütün növ fəaliyyətlərdən kənarlaşdırılmışdı.

“Turan Tovuz” rəhbərliyi qərarın dəyişdirilməsi və Konfrans Liqasında iştirak hüququnun təmin olunması üçün İdman Məhkəməsinə () müraciət edəcəklərini bəyan edib. Klubdan verilən məlumata görə, mövcud vəziyyətə baxmayaraq, Konfrans Liqasına hazırlıq planlarında dəyişiklik edilməyib və komanda Türkiyədə təlim-məşq toplanışına yollanacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax