Prezident İlham Əliyev üçtərəfli görüşün nəticəsi barədə yerli telekanallara müsahibə verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşün yaxşı keçdiyini bildirən Prezident İlham Əliyev Ermənistanın təklifinin incələmə mərhələsində olduğunu qeyd edib.
"Görüş yaxşı keçdi. Mən öz mövqeyimi bildirdim. Bir çox məsələlər müzakirə olundu. O, cümlədən Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması. Əsas məsələ ondan ibarətdir ki, sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında təşkil edilməlidir. Qarabağ haqqında hansısa müddəanın olması qəbuledilməzdir. Biz 3 gün qabaq Ermənistandan bizim təkliflərimizə yeni cavab təklifləri aldıq. Onları incələyirik. İlk baxışda Ermənistan mövqeyində tərəqqi var, ancaq kifayət deyil", - deyə Prezident qeyd edib