Operativ Məlumat Mərkəzi

Üç ayda Azərbaycanda 902 əkiz, 54 üçəm doğulub

1 dəq
Paylaş:
Üç ayda Azərbaycanda 902 əkiz, 54 üçəm doğulub
bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri...

Bu ilin ilk üç ayında ölkədə 902 əkiz, 54 üçəm doğulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 27753 doğulan körpə qeydə alınmış və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 11,1-ə düşüb. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub.

Doğulan körpələrdən 902-si əkiz, 54-ü üçəm olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər