Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İŞİD məhbusları Əl-Hol düşərgəsindən qaçdı

2 dəq
Paylaş:
İŞİD məhbusları Əl-Hol düşərgəsindən qaçdı

Suriyanın şimal-şərqindəki İŞİD terror qruplaşmasının tərəfdarları üçün nəzərdə tutulmuş Əl-Hol həbs düşərgəsindən 20 mindən çox məhbus qaçıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı " " qəzetinin mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, son bir ay ərzində Suriya hökumətinin qüvvələri ətraf ərazilərə nəzarət edən kürd qüvvələrini qovduqca, demək olar ki, 24 min məhbus səssizcə yoxa çıxıb.

Qəzetin məlumatına görə, düşərgədə saxlanılan minlərlə məhbus hasardan qaçmağı bacarıb və artıq ölkə daxilində səpələnib, bəziləri qanunsuz olaraq İraq və Türkiyəyə çatıb.

Qəzet yazır ki, düşərgədə təxminən 2000 İraq və Suriya vətəndaşı qalıb. Məhbusların qaçmasına kimin kömək etdiyi bəlli deyil.

Bəziləri bunun hökumət rəsmiləri ola biləcəyini deyir, digərləri isə İŞİD ilə edən qəbilələrin köməyini iddia edirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax