Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkiyə “Atlantis Events” şirkətinin gəmisini limanlarına buraxmayıb

2 dəq
Paylaş:
Türkiyə “Atlantis Events” şirkətinin gəmisini limanlarına buraxmayıb

Türkiyə hakimiyyəti kruiz şirkətinə məxsus gəminin ölkə limanlarına girişinə qadağa tətbiq edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “CNN”in yaydığı məlumata əsasən, qərar “” şirkətinə məxsus kruiz gəmisinin Türkiyə limanlarına daxil olmasının dayandırılması ilə bağlıdır.

Məlumata görə, planlaşdırılan marşrut üzrə “Afina – Venesiya” reysini həyata keçirən gəminin iyulun 7-də Kuşadası limanına yanaşması, daha sonra isə İstanbula hərəkət etməsi nəzərdə tutulurdu. Lakin yerli rəsmilər gəmidə olan sərnişin qruplarının fəaliyyətinin Türkiyənin ictimai və mədəni dəyərləri ilə uyğunluq təşkil etmədiyini əsas səfərləri ləğv ediblər.

Bildirilir ki, Ankara bu qərarı ölkənin daxili sosial və mənəvi prinsiplərinin qorunması məqsədilə qəbul etdiyini açıqlayıb.

Qeyd olunur ki, mediada yayılan xəbərlər kruizlə bağlı geniş müzakirələrə səbəb olub. Bundan əvvəl də Avropanın müxtəlif ölkələrində analoji hallarla bağlı və ictimai qaydalar çərçivəsində bəzi məhdudiyyətlərin tətbiq edildiyi xatırladılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax