TÜRKSOY-un Baş katibi: “Şuşadakı zəngin tədbirlər dünyada rezonans doğuracaq”

TÜRKSOY-un Baş katibi: “Şuşadakı zəngin tədbirlər dünyada rezonans doğuracaq”
09.05.2023 13:22
Aa
dəq

“Şuşa türk dünyasının mədəniyyət paytaxtı olduğuna görə, zəfərin, rifahın və şənliyin çox yaraşdığı bu şəhərdə bir-birindən zəngin, yaddaqalan və rezonans doğuracaq proqramlarımız olacaq”.

Bu fikirləri "Operativ Məlumat Mərkəzi-OMM" Ankara bürosuna Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev bildirib.

Baş katib deyib ki, Şuşa şəhəri 2023-cü ildə TÜRKSOY Daimi Şurasının qərarı ilə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi Sərəncamına əsasən Nazirlər Kabinetinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə fəaliyyət planı hazırlanıb.

Fəaliyyət planına uyğun olaraq “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək, “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılış mərasimi olacaq.

Sultan Raev TÜRKSOY-un “Qorqud Ata” Türk dünyası III film festivalının da açılışının Şuşada olacağını bildirib:

“Filmlərin nümayişi oktyabr ayında Bakıda keçiriləcək”.

Baş katib Şuşa türk dünyasının mədəniyyət paytaxtı rəsmi bağlanışı ilə bağlı yekun tədbirin isə noyabr ayına planlandığını deyib:

“Bağlanışda estafet 2024-cü ilin türk dünyasının mədəniyyət paytaxtı Türkmənistanın Anev şəhərinə veriləcək”.

Baş katib Raev onu da qeyd edib ki, Şuşadakı keçirilən bu proqramların türk dünyası mədəniyyət paytaxtlarında indiyədək keçirilmiş tədbirlərdən daha yaddaqalan olacağına və çox rezonans doğuracağına inanır:

“Çünki bu əzəmətli şəhər təkcə Azərbaycanın deyil, bütün türk dünyasının mənəviyyat mərkəzi, qürur yeridir. Mənim fikrimcə, Şuşa Azərbycanın ürəyidir. Bu il həm də TÜRKSOY-un 30 illiyidir. TÜRKSOY-un yaşı qədər işğal altında qalan, haqszılıqla dağıdılan, hazırda azadlığına qovuşan bu tarixi şəhəri biz fürsətdən istifadə edib həm türk dünyasına, həm də bütün dünyaya mədəniyyətin, incəsənətin, musiqinin beşiyi kimi tanıtmaq niyyətindəyik”.

Həftənin ən çox oxunanları

Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq - YENİLƏNİB

Kəngərli kəndində aparılan bərpa işləri ilə tanışlıq - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezidentlə oğlu təməlqoyma mərasimində

Prezidentlə oğlu təməlqoyma mərasimində
DAVAMIN OXU davamın oxu

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib

Ötən həftə 49 mina, 690 partlamamış hərbi sursat zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Xocalı və Xankəndiyə getmək istəyənlərin nəzərinə - Sentyabrın 16-dan...

Xocalı və Xankəndiyə getmək istəyənlərin nəzərinə - Sentyabrın 16-dan...
DAVAMIN OXU davamın oxu

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb
DAVAMIN OXU davamın oxu