Operativ Məlumat Mərkəzi

TÜRKPA-nın yeni Baş katibi planlarını açıqlayıb

1 dəq
Paylaş:
TÜRKPA-nın yeni Baş katibi planlarını açıqlayıb
bunu TÜRKPA-nın yeni Baş katibi Ramil Həsən təşkilatın Baş katibi səlahiyyətlərini sabiq Baş katib Mehmet Süreyya Erdən təhvil alarkən deyib. Ramil Həsən...

Özbəkistanı Türk Dövlətləri Parlament Assambleyasına (TÜRKPA) cəlb etməyə ümid edirik.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu TÜRKPA-nın yeni Baş katibi Ramil Həsən təşkilatın Baş katibi səlahiyyətlərini sabiq Baş katib Mehmet Süreyya Erdən təhvil alarkən deyib.

Ramil Həsən TÜRKPA-nı daha yüksək mövqelərə gətirmək üçün əlindən gələni edəcəyini və bu təşkilat üçün yeni bir səhifə açılacağını bildirib.

O, gələcəkdə Türk Dövlətləri Təşkilatı yanında ortaq parlamentar qurumun yaradılması üçün çalışacağını bəyan edib.

“Konkret işlər gördükdən sonra bir daha media qarşısına çıxacağıq. TÜRKPA-ya üzv olan ölkələrin hər biri üçün çalışmaq mənim mənəvi borcumdur”, - TÜRKPA-nın yeni Baş katibi vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər