Operativ Məlumat Mərkəzi

Türkmənistan Rusiyaya təbii qaz nəqlini dayandırıb

1 dəq
Paylaş:
Türkmənistan Rusiyaya təbii qaz nəqlini dayandırıb
bu barədə Türkmənistan şirkətinin rəhbəri Maksat Babayev deyib. “Bizim danışıqlarımız olub və kommersiya tərəfində ümumi anlaşma əldə edə bilmədik”,-...

“Türkmənqaz” “Qazprom”la qiymətdə razılığa gələ bilmədiyi üçün Rusiyaya qaz nəqlini dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkmənistan şirkətinin rəhbəri Maksat Babayev deyib.

“Bizim danışıqlarımız olub və kommersiya tərəfində ümumi anlaşma əldə edə bilmədik”,- deyə bildirib.

Danışıqlar nəticəsində tərəflər qiymətlə bağlı ortaq məxrəcdə razılığa gələ bilməyiblər. Ona görə də qaz təchizatı müqaviləsi uzadılmayıb.

“Qazprom” və “Türkmənqaz” 2019-cu ildə beş illik qaz tədarükünə dair müqavilə imzalayıb. Qaz tədarükünün həcmi ildə 5,5 milyard kubmetrə çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər