Əsas məzmuna keç

Türkiyənin media nümayəndələri azad edilmiş ərazilərdə

Türkiyənin media nümayəndələri azad edilmiş ərazilərdə

Aprelin 6-da Müdafiə Nazirliyinin (MN) təşkilatçılığı ilə azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun fəaliyyəti ilə tanış olmaq məqsədilə bir qrup...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Aprelin 6-da Müdafiə Nazirliyinin (MN) təşkilatçılığı ilə azad edilmiş ərazilərdə Ordusunun fəaliyyəti ilə tanış olmaq məqsədilə bir qrup və yerli nümayəndələri üçün növbəti media-tur təşkil edilib.

MN-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, səfər çərçivəsində ilk olaraq media nümayəndələri azad edilmiş ərazilərin Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə qarşılıqlı əlaqədə minalardan təmizləmə prosesini və qardaş Türkiyənin istehsalı olan MEMATT (Mexaniki Təmizləmə Təchizatı) mühəndis texnikasının praktiki tətbiqini izləyiblər.

Media nümayəndələrinə məlumat verilib ki, Azərbaycan Ordusunun şanlı qələbəsi ilə bitən Vətən müharibəsindən bu günədək Müdafiə Nazirliyinin mühəndis bölmələri tərəfindən 29000 hektaradək ərazi təmizlənmiş, erməni hərbçiləri tərəfindən basdırılmış 23230 ədəd mina, eləcə də döyüş əməliyyatlarından qalma partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Media-tur çərçivəsində media nümayəndələrinə artilleriya bölmələrinin nümunəvi döyüş hazırlığı məşğələsi də nümayiş etdirilib. Media nümayəndələri hərbi qulluqçuların fəaliyyətini izləyib, çəkilişlər aparıb və hərbçilərdən müsahibələr götürüblər. Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, azad olunmuş ərazilərdə xidmət etməkdən qürur duyduqlarını bildiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…