Əsas məzmuna keç

Türkiyənin Azərbaycandakı səfirliyində “Dünya səhər yeməyi günü" münasibətilə görüş keçirilib

Türkiyənin Azərbaycandakı səfirliyində “Dünya səhər yeməyi günü" münasibətilə görüş keçirilib

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün media nümayəndələrini səhər yeməyinə dəvət edib. Görüşdə qonaqlara Türkiyənin zəngin kulinariya irsini əks...

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində “Dünya səhər günü" münasibətilə görüş təşkil olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Akgün media nümayəndələrini səhər yeməyinə dəvət edib.

Görüşdə qonaqlara Türkiyənin zəngin kulinariya irsini əks etdirən müxtəlif təamlar təqdim olunub.

Səfir Birol Akgün çıxışında bildirib ki, UNESCO tərəfindən qəbul edilən “Dünya səhər yeməyi günü” hər il iyun ayının ilk bazar günü qeyd olunur. Bu günün məqsədi səhər yeməyinin mədəniyyətlərarası əlaqələrdə oynadığı rolu vurğulamaq və mətbəxinin zənginliyini dünyaya tanıtmaqdır.

Diplomat qeyd edib ki, Türkiyənin tanıdılmasına böyük töhfə verən səhər yeməyi mədəniyyəti hazırda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Türkiyə təmsilçiliklərində də qeyd olunur. Bu təşəbbüs, eyni zamanda, qonaqpərvərlik və paylaşma kimi ortaq dəyərlərin təbliğinə xidmət edir.

Türkiyə səfiri həmçinin yaxın vaxtlarda Türkiyə və arasında həyata keçiriləcək tədbirlər barədə məlumat verib: “Azərbaycan və Türkiyə arasında münasibətlər artan xətlə inkişaf edir, yaxın vaxtlarda bilinən 6 tədbir olacaq. Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışı olacaq”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…