Əsas məzmuna keç

“Türkiyəni də, Azərbaycanı da sevirəm” - “Qarabağ”ın yeni transferi

“Türkiyəni də, Azərbaycanı da sevirəm” - “Qarabağ”ın yeni transferi

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

“”ın Fransanın “Dijon” klubundan transfer etdiyi Yassif “CBC Sport” kanalına açıqlama verib.

“Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi qısa müddətdə komandaya uyğunlaşacağını deyib:

“Bütün “Qarabağ” ailəsinə təşəkkür etmək istəyirəm. Mesaj göndərən azarkeşlərə, məşqçilər heyətinə və bütün futbolçulara minnətdaram. Təəssüratlarım çox yaxşıdır. Hər keçən gün özümü daha yaxşı hiss edirəm. Yaxın müddətdə komandaya uyğunlaşmaq istəyirəm. “Qarabağ”ın güclü komanda olduğunu bilirdim. Çox gözəl oyun sərgiləyirik. Baş məşqçinin fəlsəfəsini bilirəm. Abdullah Zubirlə də danışmışdım. O, mənə komandanın çox yaxşı olduğunu demişdi. “Qarabağ”ın çempionat oyunlarının videolarını izlədim və özüm də gördüm ki, bu klubda vəziyyət kifayət qədər yaxşıdır”.

“Fənərbaxça” və “Hatayspor” kimi klublarda oynamış 28 yaşlı vinger və arasındakı münasibətlərdən xəbərdar olduğunu bildirib:

“Bəli, bilirəm. İnternet və televiziyadakı videolarda görmüşdüm. Hər iki ölkənin bir-biri ilə yaxşı münasibəti var. Türkiyəni də, Azərbaycanı da sevirəm. İndi burada olduğum üçün çox xoşbəxtəm”.

Yassin Benzia “Qarabağ”dakı hədəfləri haqda danışıb və Konfrans Liqasının pley-off mərhələsində baş tutacaq “Gent”lə oyunları dəyərləndirib:

“Mənim hədəfim həmişə hər qazanmaq olub. “Qarabağ” bu ölkənin ən yaxşı komandasıdır. Həm çempion olmaq, həm də avrokuboklarda irəliləmək istəyirəm. Biz böyük komandayıq və hər şeyi qazanmaq istəyirik. “Gent” güclü rəqibdir, amma bizim şansımızın daha çox olduğunu düşünürəm. Bu oyunlara yaxşı hazırlaşırıq. Ümid edirəm ki, növbəti mərhələyə biz keçəcəyik”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…