Əsas məzmuna keç

Türkiyədə zirehli maşın qəzaya uğrayıb, 4 hərbçi həlak olub

Türkiyədə zirehli maşın qəzaya uğrayıb, 4 hərbçi həlak olub

hadisə Ovacık və Hozat rayonları arasındakı Karaoğlan bölgəsində baş verib. İdarəetməni itirərək aşan maşının Jandarmeriya Komandanlığına aid olduğu...

Türkiyənin şərqindəki Tunceli vilayətində zirehli hərbi maşının qəzaya uğraması nəticəsində dörd hərbçi həlak olub, bir yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hadisə Ovacık və Hozat rayonları arasındakı Karaoğlan bölgəsində baş verib.

İdarəetməni itirərək aşan maşının Jandarmeriya Komandanlığına aid olduğu bildirilir.

Hadisə ilə bağlı daxili işlər naziri Ali Yerlikaya həlak olan hərbçilərin ailə üzvlərinə baş sağlığı verib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #din#çavuş
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…