Ötən il Türkiyənin cənub-şərqində baş vermiş dağıdıcı zəlzələlərin qurbanları Türkiyə hakimiyyət orqanlarından yeni evlərinin açarlarını alıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, mərasim prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Hatayda baş tutub.
Dövlət başçısının sözlərinə görə, 7 min 275 vətəndaşa evlərinin açarları təqdim edilib.
O, zəlzələ bölgəsində 2 ay ərzində 75 min evin tikintisinin başa çatdırıldığını, ilin sonuna kimi 200 min evin zəlzələdən zərərçəkənlər üçün istifadəyə verilməsinin nəzərdə tutulduğunu bildirib.