Operativ Məlumat Mərkəzi

Türkiyədə sel nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Türkiyədə sel nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Türkiyədə sel fəlakətində həlak olanların sayı artıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "TRT HABER"-ə istinadən xəbər verir ki, Daxili işlər naziri Soylu sel fəlakəti ilə bağlı açıqlama verib:

"Şanlıurfada 16 vətəndaşımız, Adıyamanın Tut rayonunda isə 2 vətəndaşımız həyatını itirib".

Bozova və Tut rayonunda axtarış-xilasetmə işləri davam edir.

13:47***

Şanlıurfa və Adıyamanda daşqınlarda həyatını itirənlərin sayı 17-yə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" "TRT HABER"-ə istinadən xəbər verir ki, axtarış-xilasetmə qrupları Əyyubiyə rayonunda 14 mart tarixində baş verən sel fəlakətindən sonra zirzəmisi su basan ticarət mərkəzində daha bir nəfərin cansız cəsədini tapıb.

Milli müdafiə naziri, ordu generalı Hulusi Akar Şanlıurfada jurnalistlərə açıqlamasında 3 nəfərin itkin düşdüyünü qeyd edib.

Nazirin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin selin fəsadlarının aradan qaldırılması istiqamətində mübarizəsi davam edir: “Pessimizmə ehtiyac yoxdur, yaralar sağalacaq”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər