Türkiyənin Aydın vilayətinin Didim rayonunda meşə yanğınına müdaxilə edən təyyarənin burnu Bafa gölündən su götürərkən suya batıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Muğla valisi Akbıyık "TRT Haber"ə açıqlamasında bildirib ki, təyyarədə olan 3 nəfər xilasetmə qrupları tərəfindən xilas edilib.
“Texniki nasazlıq səbəbindən amfibiya yanğınsöndürmə təyyarəsi Bafa gölünə düşdü. İki pilot və daha bir mütəxəssis xilas edilərək sahilə çıxarılıb”, - o bildirib.