Operativ Məlumat Mərkəzi

Türkiyədə iki xəstəxana tədbir məqsədilə boşaldıldı

1 dəq
Paylaş:
Türkiyədə iki xəstəxana tədbir məqsədilə boşaldıldı
6,4 bal gücündə baş verən zəlzələ İskəndərun rayonunda da hiss olunub. İskenderun Dövlət Xəstəxanasında yeni xidmət binasında reanimasiya şöbəsinə...

Hatayın Dəfnə rayonunda baş verən 6,4 bal gücündə zəlzələdən sonra Mustafa Kamal Universiteti Araşdırma və Tətbiq Xəstəxanası və İskəndərun Dövlət Xəstəxanasında müalicə alan xəstələr ehtiyat tədbiri olaraq təxliyə edildi.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 6,4 bal gücündə baş verən zəlzələ İskəndərun rayonunda da hiss olunub. İskenderun Dövlət Xəstəxanasında yeni xidmət binasında reanimasiya şöbəsinə yerləşdirilən 9 xəstə ehtiyat tədbiri olaraq Dörtyol Dövlət Xəstəxanasına göndərilib. Bağda yaradılmış səhra xəstəxanasında da təcili xidmət göstərilməyə başlanılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər