Türkiyədə hakimiyyət dəyişərsə, bunun Azərbaycana təsiri necə olacaq? - ŞƏRH

Türkiyədə hakimiyyət dəyişərsə, bunun Azərbaycana təsiri necə olacaq? - ŞƏRH
03.04.2023 15:30
Aa
dəq

14 may da Türkiyə Cümhuriyyət tarixi üçün ən önəmli seçkilərdən biri olacaq.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında politoloq Tural İsmayılov bildirib.

AKP hakimiyyəti dövründə Türkiyənin qlobal gücə çevrildiyini qeyd edən politoloq keçiriləcək seçkilərin gərginliyindən bəhs edib:

“Son illərdə Türkiyənin milli valyutası lirəyə qarşı davam edən psixoloji hücumlar, həmçinin bütün bunların fonunda Ərdoğan hakimiyyətini və bütövlükdə ölkənin konstitusion quruluşunu devirməyə çalışan FETO terror təşkilatının köklərinin kəsilməsi birbaşa AKP-MHP ittifaqının terrora qarşı sistematik mübarizəsinin göstəricisidir. Seçkilər ərəfəsində təbii fəlakət nəticəsində 50 000-dən çox Türkiyə vətəndaşının həlak olması bu hadisələr fonunda cəmiyyətdəki psixoloji gərginliyi davam etdirir. İstənilən halda hesab edirəm ki, Türkiyə güclü dövlətdir və AKP iqtidarı dövrlərdə qlobal gücə çevrilib.  Bütün bu təlatümlərə, xarici təsiretmə vasitələrinə baxmayaraq, Türkiyədə kifayət qədər ictimai-siyasi sabitlik yüksək səviyyədə özünü göstərmiş olacaq”.

Türkiyədə iqtidarın dəyişəcəyi təqdirdə bunun Cənubi Qafqaza, o cümlədən Azərbaycana təsirlərindən danışan Tural İsmayılov CHP və müttəfiq siyasi qüvvələrin Azərbaycan siyasətinin aydın və birmənalı olmamağını bildirib:

"Hesab edirəm ki, Türkiyədə hakimiyyət dəyişikliyi baş verməyəcək, çünki bütün ilkin ehtimallar və müzakirələr, eyni zamanda aparılan təhlillər və rəy sorğuları onu göstərir ki, AKP və MHP-in daxil olduğu "Cümhuriyyət İttifaqı" Türkiyədə yenidən hakimiyyəti qazanacaq və Ərdoğan hakimiyyətdə qalacaq. Amma hakimiyyət dəyişəcəyi təqdirdə belə, mən hesab edirəm ki, Türkiyənin vahid dövlət siyasəti var və bu dövlət siyasətində Cənubi Qafqaz xususi rol oynayır. Amma təbii ki, Ərdoğanın özəlliklə Azərbaycana yanaşması bizim üçün böyük əhəmiyyətə malikdir və məhz AKP-in hakimiyyət illərində Türkiyə Azərbaycanla qardaşlıq münasibətlərini daha yüksək səviyyəyə çatdırıb. O baxımdan hazırkı hakimiyyətin iqtidarda qalması həm Azərbaycan, həmçinin bütövlükdə Türkiyənin Cənubi Qafqaz siyasəti baxımından vacib əhəmiyyətə malikdir”.

“Əlbəttə Kemal Kılıçdaroğlu o qədər də siyasi kimliyi aydın olmayan şəxsiyyətdir. Yəni onun hakimiyyətə gələcəyi təqdirdə Azərbaycana, Azərbaycan-Ermənistan sülh prosesinə təsiri necə olacağı maraqlıdır. Nəzərə almaq lazımdır ki, hazırda Kemal Kılıçdaroğlu, hətta Türkiyədə PKK yaxınlığı ilə seçilən HDP ilə anlaşıb və HDP Kemal Kılıçdaroğlunun qarşısına seçkilərində hansısa namizəd çıxarmayacağını açıqlayıb. CHP-in də daxil olduğu "Millət İttifaqı"da yer alan siyasi qüvvələrin Azərbaycan siyasəti aydın və birmənalı deyil. Azərbaycan-Ermənistan sülh prosesinə yanaşmanın yekdil şəkildə olmamağı proseslərdə bizim üçün haqlı suallar yaradır və yeni hakimiyyətin Azərbaycana yanaşması, həmçinin Azərbaycan-Ermənistan sülh prosesinə yanaşması hazırkı prezident Ərdoğanın yanaşması qədər səmimi olmayacaq”.

Məlik Məlikov

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu