Operativ Məlumat Mərkəzi

Türkiyədə bir qrup tanınmış sənətçi saxlanılıb - YENİLƏNİB

2 dəq
Paylaş:
Türkiyədə bir qrup tanınmış sənətçi saxlanılıb - YENİLƏNİB
saxlanılanlar Kubilay Aka, Kaan Yıldırım, Hadise Açılgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babateş, Zeynep Meriç Aral Keskin, Özge...

İstanbul polisi bu gün səhər saatlarında əməliyyat keçirib, bir sıra məşhur müğənni, aktyor və aktrisalar saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sabah” qəzetinə istinadən xəbər verir ki, saxlanılanlar Kubilay Aka, Kaan Yıldırım, Hadise Açılgöz, Berrak Tüzünataç, Duygu Özaslan Mutaf, Demet Evgar Babateş, Zeynep Meriç Aral Keskin, Özge Özpirinçci, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Metin Akdülger, Ceren Moray Orcan, Dilan Polat, Engin Polat, Simge Sağın, Mert Yazıcıoğlu kimi məşhurlardır.

İstanbul Baş Prokurorluğu tərəfindən “narkotik və ya stimullaşdırıcı maddə istifadə etmə” cinayəti ilə əlaqədar başladılan istintaq çərçivəsində saxlanılanlardan qan nümunələri alınması üçün göstərişlər verilib.

***

Türkiyədə bir qrup tanınmış sənətçi narkotik maddələrin təşviqi səbəbindən saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Bildirilib ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İrem Derici, Simge Sağın, eləcə də Engin Polat və Dilan Polat cütlüyü saxlanılıb.

Onların saxlanılma səbəbinin narkotik vasitələrin istifadəsinə təşviq etmək olduğu vurğulanıb.

Məlumatlarda ümumilikdə 19 nəfərin saxlanıldığı, onların arasında Hadisə, Ziynet Salı, Berrak Tüzünataç, Demet Evgar, Birce Akalay, Kubilay Aka kimi sənətçilərin də yer aldığı qeyd olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər