Əsas məzmuna keç

Türkiyədə Azərbaycana qarşı QARA PLAN quran qüvvələr: Ankara niyə addım atmır?

Türkiyədə Azərbaycana qarşı QARA PLAN quran qüvvələr: Ankara niyə addım atmır?

İran və Türkiyə mənşəli TikTok və Telegram hesabları vasitəsilə aparılan hibrid təhdidlər iki qardaş ölkə arasında dezinformasiya kampaniyasına çevrilib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycan-Türkiyə münasibətləri fonunda Türkiyənin bəzi siyasi dairələrinin və media nümayəndələrinin Azərbaycanda baş verən proseslərlə bağlı açıqlamaları müzakirələrə səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" “AzTV”-yə istinadən xəbər verir ki, Mövzu ilə bağlı səsləndirilən fikirlərdə Türkiyədəki bəzi siyasi dairələrin mövqeyinin xalqının maraqlarına və iki ölkə arasındakı münasibətlərə zərər verə biləcəyi bildirilib.

Qeyd olunub ki, xüsusilə “Telegram” və “TikTok” platformalarında İran və mənşəli hesablar üzərindən yayılan məlumatlar informasiya təhlükəsizliyi baxımından narahatlıq doğurur. Bu cür fəaliyyətlərin dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət və dezinformasiyaya qarşı mübarizə prinsipləri ilə uzlaşmadığı vurğulanıb.

Açıqlamalarda Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilən bəzi bəyanatlara da münasibət bildirilib. Qeyd edilib ki, Türkiyədəki ayrı-ayrı siyasətçilərin və deputatların Azərbaycanda gedən proseslərlə bağlı fikirləri iki qardaş xalq arasındakı münasibətlərə mənfi təsir göstərə bilər.

Bununla yanaşı, vurğulanıb ki, ayrı-ayrı şəxslərin mövqeyi Azərbaycan və Türkiyə arasındakı dövlətlərarası münasibətlərin ümumi xarakterini müəyyən etmir.

Səsləndirilən fikirlərdə Azərbaycanın regionda artan roluna da diqqət çəkilib. Bildirilib ki, ölkənin regional və qlobal siyasətdə iştirakı, gündəliyinə üstünlük verməsi və beynəlxalq ticarət dəhlizlərində mühüm tranzit qovşağı kimi çıxış etməsi bəzi dairələrdə narahatlıq yarada bilər.

Açıqlamalarda Azərbaycanda sabitliyin, xalq-dövlət birliyinin və ölkənin çoxvektorlu xarici siyasətinin hədəf alındığı, dini və digər amillərdən istifadə edilməklə informasiya kampaniyalarının aparıldığı iddia olunub.

Müəlliflər hesab edirlər ki, Azərbaycan hibrid təhdidlərə qarşı hazırlıqlı olmalı, informasiya təhlükəsizliyinin qorunması istiqamətində tədbirləri davam etdirməlidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…