Əsas məzmuna keç

Türkiyədə 330 nəfər xilasedicimiz qalacaq

Türkiyədə 330 nəfər xilasedicimiz qalacaq

bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib. Nazir müavini bildirib ki, bu gün FHN qüvvələrindən 236 nəfər Vətənə...

Artıq Türkiyənin şəhərində axtarış-xilasetmə işləri bitib, biz 22 gündür orada çalışırıq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, bu gün qüvvələrindən 236 nəfər Vətənə qayıdıb, sabah da eyni sayda şəxsi heyət Azərbaycana dönəcək:

“Bizim Kahramanmaraşda 330 nəfər şəxsi heyətimiz qalacaq. Onlar növbətçilik sistemi əsasında orada işləri təşkil etmək, hər hansı hadisə baş verərsə, dərhal reaksiya vermək üçün orda qalır. Bizim orada iki modul tipli hospitalımız fəaliyyət göstərir. Həkimlərimizin 25-i hazırda orda çalışır. İndiyə qədər 2500-dən artıq yerli vətəndaş hospitala müraciət edib və onlara tibbi yardım göstərilib.

Bundan başqa, nazirliyin 5 psixoloqu orada 22 gündür fəaliyyət göstərir. Onlar da dağıntılar altından çıxan, yaxınları itirən şəxslərə psixoloji yardım göstərir”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…