Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb

Türkiyə XİN Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb
08.12.2023 08:15
Aa
dəq

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasını alqışlayaraq “əlavə addımların atılması ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını” dəstəkləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin “Azərbaycanla Ermənistan arasında bəzi konkret əlavə etimad quruculuğu addımların atılması qərarı” haqqında bəyanatında bildirilib.

“Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə açıqlamasında elan edilmiş iki ölkə arasında bəzi konkret əlavə etimad quruculuğu addımların atılması qərarını alqışlayır; etimadı artıran əlavə addımların atılması ilə bağlı müzakirələrin davam etdirilməsi qərarını dəstəkləyirik.

Azərbaycan və Ermənistan arasında Cənubi Qafqazda daimi sülh və sabitliyin bərqərar olması üçün ən mühüm hadisələrdən birini təşkil edəcək sülh razılaşmasının ən qısa zamanda imzalanmasını diləyirik”, – bəyanatda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.

Həftənin ən çox oxunanları

Məşhur bəstəkar vəfat etdi - FOTO

Məşhur bəstəkar vəfat etdi - FOTO
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk
DAVAMIN OXU davamın oxu

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO

Prezident Çernobbio Forumunda çıxış edib - VİDEO - FOTO
DAVAMIN OXU davamın oxu

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı

AŞPA üzvlərinin səfərinə qoyulan qadağa nə vaxt ləğv ediləcək? - Prezident açıqladı
DAVAMIN OXU davamın oxu

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı

Prezident Rusiya-Ukrayna müharibəsindən danışdı
DAVAMIN OXU davamın oxu