Operativ Məlumat Mərkəzi

Türkiyə və Cənubi Koreya HHQ komandanları arasında görüş baş tutub

1 dəq
Paylaş:
Türkiyə və Cənubi Koreya HHQ komandanları arasında görüş baş tutub
bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib. Qeyd olunub ki, Türkiyə generalının rəsmi dəvəti ilə baş tutmuş görüş Hava...

Türkiyənin Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu koreyalı həmkarı general Li Yonsu ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkədə bildirib.

Qeyd olunub ki, Türkiyə generalının rəsmi dəvəti ilə baş tutmuş görüş Hava Qüvvələri Komandanlığı Qərargahında keçirilib.

Məlumata görə, görüşdə həmçinin müdafiə naziri Yaşar Gülərin təltif etdiyi “Türkiyə Silahlı Qüvvələri ləyaqət nişanı” Hərbi Hava Qüvvələrinin komandanı general Ziya Camal Kadıoğlu tərəfindən koreyalı generala təqdim edilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər