Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək

Türkiyə Super Liqası: "Qalatasaray" bu gün səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək
21.09.2024 11:26
Aa
dəq

Türkiyə Super Liqasında bu gün "Qalatasaray" komandası səfərdə "Fənərbağça" ilə üz-üzə gələcək.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkə çempionatının VI turunda keçiriləcək görüşü Atilla Karaoğlan idarə edəcək.

"Ülkər" stadionunda Bakı vaxtı ilə saat 21:00-da başlayacaq İstanbul derbisi komandalar arasında 135-ci olacaq. İndiyə qədər keçirilən görüşlərin 53-də "Fənərbağça", 37-də isə "Qalatasaray" qələbə qazanıb. Qalan 44 oyun heç-heçə nəticələnib. Komandaların aralarındakı son 10 matçda "Qalatasaray" 5, "Fənərbağça" 3 qələbə qazanıb. Digər iki oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

"Fənərbağça" klubu ölkə çempionatları tarixində "Qalatasaray"ı ən çox məğlub edən (53) və bu rəqibə ən çox qol vuran (163) kollektivdir.

"Qalatasaray" Okan Burukun rəhbərliyi altında "Fənərbağça"ya qarşı keçirdiyi son 4 oyunda cəmi bir dəfə məğlub olub (19 may 2024-cü il, 0:1).

Qeyd edək ki, "Qalatasaray" hazırda 15 xalla turnir cədvəlinə rəhbərlik edir. Joze Mourinyonun baş məşqçisi olduğu "Fənərbağça" isə 13 xalla ikinci pillədə qərarlaşıb.

Həftənin ən çox oxunanları

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq

Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
DAVAMIN OXU davamın oxu

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!

Qurban Qurbanovun əhvalını korladı, sevinci uzun çəkmədi, qovuldu!
DAVAMIN OXU davamın oxu

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub
DAVAMIN OXU davamın oxu

“İmarət” stadionunun təməli qoyulub

“İmarət” stadionunun təməli qoyulub
DAVAMIN OXU davamın oxu

“Gəncə” klubunun Voleybol Akademiyasına yeni məşqçi təyin edilib

“Gəncə” klubunun Voleybol Akademiyasına yeni məşqçi təyin edilib
DAVAMIN OXU davamın oxu