Türkiyə səfiri: “İkinci "Qızıl alma” Azərbaycan səmasında uçacaq”

Türkiyə səfiri: “İkinci "Qızıl alma” Azərbaycan səmasında uçacaq”
05.12.2023 17:00
Aa
dəq

"İkinci “Qızıl alma” Azərbaycan səmasında uçacaq”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Aselsan” şirkətinin Azərbaycanda “Nəqliyyat vasitələrinin aşkarlanması və yüksək sürətli çəki ölçmə sistemi layihəsi”nin Əsas İdarəetmə Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə yol mühəndəsliyi ilə bağlı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır: “Bizdə Bayraktar var. O, bu gün Azərbaycan səmasında Azərbaycanın təhlükəsizliyi üçün uçur. Bizdə “Qızıl alma” var. “Qızıl alma”nın ikincisi Azərbaycan səmasında uçacaq. Türkiyə “Şuşa Bəyannaməsi” əsasında Azərbaycanla əməkdaşlığı genişləndirir”.

Səfir söyləyib ki, Türkiyə müxtəlif sahələrdə Azərbaycanın inkişafına töhfə verir.

Qeyd edək ki, “Qızıl Alma” pilotsuz uçuş aparatının (PUA) istehsalına 2020-ci ildən başlanılıb. PUA-nın ilk uçuşu 2022-ci ildə həyata keçirilib. “Qızıl alma”nın istehsalçısı “Baykar” şirkətidir.

Xatırladaq ki, Azərbaycanda Türkiyənin ASELSAN şirkətinin “Nəqliyyat vasitələrinin aşkarlanması və yüksək sürətli çəki ölçmə sistemi layihəsi”nin Əsas İdarəetmə Mərkəzinin açılışı olub. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, şirkətin Bakıdakı nümayəndəsi Özgür Kurum, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, İşçi Qrupunun rəhbəri Rəhman Hümmətov və digər rəsmilər iştirak ediblər.

ASELSAN Türkiyənin müdafiə sənayəsi şirkətidir və 1975-ci ildə yaradılıb.

Həftənin ən çox oxunanları

Ceyhun Bayramov ABŞ-yə gedib

Ceyhun Bayramov ABŞ-yə gedib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Malini təbrik edib

Azərbaycan XİN Malini təbrik edib
DAVAMIN OXU davamın oxu

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu