Türkiyə rəsmisi Azərbaycana təşəkkür edib

Türkiyə rəsmisi Azərbaycana təşəkkür edib
14.03.2023 12:05
Aa
dəq

Türkiyə Prezident Administrasiyasının sözçüsü Fəxrəddin Altun Avropa Parlamentində çıxışı zamanı fevralın 6-da ölkəsində baş vermiş dəhşətli zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı dəstəyinə görə Azərbaycana təşəkkür edib.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, Avstriyadan Azərbaycana, Yaponiyadan Yunanıstana, ABŞ-dan Ukraynaya, İsraildən Almaniyaya, Cənubi Koreyadan Qətərə, Rusiyadan İspaniyaya qədər bir çox ölkələrin Türkiyənin çağırışına müsbət cavab verdiyini bildirib.

“Atalarımız deyiblər ki, “dost pis gündə tanınar”. Biz dəstək göstərən bütün ölkələrə təşəkkür edirəm. Dünyamızı təhdid edən pandemiya, silahlı toqquşma və təbii fəlakətlərin qlobal fəsadlarının azaldılması üçün beynəlxalq əməkdaşlıq modelini inkişaf etdirməliyik”, - F.Altun vurğulayıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 13 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.

Hadisə nəticəsində 48 mindən çox insan həlak olub.

Həftənin ən çox oxunanları

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu

Allahşükür Paşazadə sabah Rusiyaya gedir

Allahşükür Paşazadə sabah Rusiyaya gedir
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Çilini Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Suqovuşana gəliblər - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib

Hikmət Hacıyev diplomatik korpusun Kəlbəcərə səfəri ilə bağlı paylaşım edib
DAVAMIN OXU davamın oxu