Operativ Məlumat Mərkəzi

Türkiyə ordusu təslim olan terrorçuların verdikləri məlumatlar əsasında rekord sayda silah ələ keçirib

1 dəq
Paylaş:
Türkiyə ordusu təslim olan terrorçuların verdikləri məlumatlar əsasında rekord sayda silah ələ keçirib
{"az":"bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, təslim olan 2 terrorçunun verdiyi informasiyalar nəticəsində İraqın Zap...","en":"","ru":""}

Türkiyə Silahlı Qüvvələri təslim olan terrorçuların verdikləri məlumatlar əsasında onlara məxsus yüzlərlə silah-sursatı ələ keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, təslim olan 2 terrorçunun verdiyi informasiyalar nəticəsində İraqın Zap bölgəsində 467 ədəd istifadə olunmamış AK-47 avtomatı, həmçinin çoxlu sayda sursat ələ keçirilib.

Bundan başqa, 1 ədəd 7.62 mm PKMS avtomatı, 56 ədəd RPG-7 canlı qüvvə əleyhinə sursat, 314 ədəd əl qumbarası, 2 ədəd avtomat lüləsi, 146 ədəd AK-47 avtomatının darağı ələ keçirilib.

Məlumata görə, bu, son vaxtlar ərzində bir dəfəyə ələ keçirilən rekord sayda silah-sursatdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər