Operativ Məlumat Mərkəzi

Türkiyə ordusu İraqın şimalında terrorçuların xeyli silah-sursatını ələ keçirib

1 dəq
Paylaş:
Türkiyə ordusu İraqın şimalında terrorçuların xeyli silah-sursatını ələ keçirib
bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, tədbirlər nəticəsində 16 ədəd AK-47, 3 ədəd AK-74 avtomatı, 23 əl qumbarası, 6...

Türkiyə ordusu İraqın şimalında Pənçə-Kilit bölgəsində müntəzəm apardığı axtarış tədbirləri nəticəsində terrorçuların xeyli sayda silah-sursatını ələ keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, tədbirlər nəticəsində 16 ədəd AK-47, 3 ədəd AK-74 avtomatı, 23 əl qumbarası, 6 ədəd RPG-7 sursatı, 50 ədəd 5,45 mm çaplı AK-74 avtomatının mərmisi, güllə daraqları, 3 ədəd "Dragunov" snayperinin darağı, həmçinin 11 ədəd RPQ-7 yanacaq patronu ələ keçirilib.

Bundan başqa, 1 ədəd 5 kilovatlıq generator, 2 ədəd enerji təchizatı və çoxlu sayda digər ləvazimatlar aşkarlanıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər