Türkiyə hərbçilərinin Azərbaycandakı mandatının uzadılması haqqında qanun qüvvəyə minib

Türkiyə hərbçilərinin Azərbaycandakı mandatının uzadılması haqqında qanun qüvvəyə minib
17.11.2023 04:37
Aa
dəq

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Azərbaycandakı mandat müddətinin bir il uzadılması haqqında prezident memorandumunun qəbuluna dair Türkiyə Böyük Millət Məclisinin (TBMM) qanunu qüvvəyə minib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sənəd Türkiyənin dövlət mətbu orqanı “Resmi gazete”də dərc olunub.

Xatırladaq ki, qanun layihəsi TBMM-ə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilmiş və parlament tərəfindən qəbul edilmişdi.

Qeyd edək ki, qanunda işğal altındakı torpaqlarının azad olunması uğrunda mübarizədə qazandığı uğur və bunun nəticəsində bölgədə yaranan yeni şərtlərlə bağlı Azərbaycanın Ermənistan və Rusiya ilə 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatda nəzərdə tutulan fəaliyyətlərin davam etdiyi bildirilib.

Azərbaycanın bu il sentyabrın 19-20-də həyata keçirdiyi antiterror tədbirlərindən sonra Qarabağdakı qeyri-qanuni separatçı birləşmələrin və onlara bağlı silahlı qrupların fəaliyyətinə tamamilə son qoyulduğunun qeyd edildiyi qanunda Azərbaycan ilə Ermənistan arasında hələlik sülh razılaşması imzalanaraq məsələnin yekun həllinə gəlinmədiyi diqqətə çatdırılıb.

Sənəddə beynəlxalq hüququn normaları və qanuni suverenlik haqları əsasında ərazi bütövlüyü də daxil olmaqla, bütün hüquqlarını müdafiə edə bilməsi üçün prosesin əvvəlindən etibarən Azərbaycana güclü dəstək verən Türkiyənin bölgədə sülhün və sabitliyin qorunması, möhkəmləndirilməsi və bunun asanlaşdırılması üçün iqtisadi infrastrukturun inşasına mühüm töhfələr verildiyi xatırlanıb.

Eyni zamanda, qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin də xidmət etdiyi Birgə Monitorinq Mərkəzinin fəaliyyəti uğurla davam edir və Türkiyə Mərkəz vasitəsilə bölgənin təhlükəsizliyinə, eləcə də tərəflər arasında etimadın qurulmasına töhfə verir.

Həftənin ən çox oxunanları

Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı

Nizam Osmanovun vəzifəsi bu generala tapşırıldı
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunda toplanış keçirilib

Azərbaycan Ordusunda toplanış keçirilib
DAVAMIN OXU davamın oxu

Hərbçilərə güzəştli ipoteka kreditlərinin şərtləri MƏLUM OLDU

Hərbçilərə güzəştli ipoteka kreditlərinin şərtləri MƏLUM OLDU
DAVAMIN OXU davamın oxu

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə şərti sərhəddə - FOTO

Zakir Həsənov Hikmət Mirzəyevlə birgə şərti sərhəddə - FOTO
DAVAMIN OXU davamın oxu

Antiterror əməliyyatının indiyədək açıqlanmayan DETALLARI

Antiterror əməliyyatının indiyədək açıqlanmayan DETALLARI
DAVAMIN OXU davamın oxu