Əsas məzmuna keç

Türkiyə-Azərbaycan Universiteti müstəqil tələbə seçimi edə biləcək, ödənişli təhsil də olacaq - SƏRƏNCAM

Türkiyə-Azərbaycan Universiteti müstəqil tələbə seçimi edə biləcək, ödənişli təhsil də olacaq - SƏRƏNCAM

bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam...

Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycanın müəssisələrinə Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini aparmaq hüququ verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı İlham Əliyev Türkiyə– Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında imzalayıb.

Sərəncama əsasən, Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycan ali təhsil müəssisələri tətbiq etdikləri Türkiyənin müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarını həmin ali təhsil müəssisələri ilə birgə idarə etmək hüququna malik olacaqlar.

Maddi-texniki baza imkan verdiyi hallarda Türkiyə-Azərbaycan Universiteti üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.

Nazirlər Kabinetinə Türkiyə-Azərbaycan Universitetində dövlət hesabına təhsil alan tələbələrin sayını hər tədris ili üçün müəyyən etmək, eləcə də universitetin fəaliyyətinə cəlb edilən ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etmək tapşırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…