Türk Mədəni İrsi Konvensiyasının hazırlanması istiqamətində işlərə başlanılıb

Türk Mədəni İrsi Konvensiyasının hazırlanması istiqamətində işlərə başlanılıb
19.02.2024 15:00
Aa
dəq

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu üzv ölkələrin Xarici İşlər və Mədəniyyət nazirliklərinin nümayəndələri və ekspertlərlə “Türk mədəni irsinin qorunması haqqında” Konvensiyanın hazırlanması üzrə ikigünlük müşavirə keçirilib.

Fonddan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, iclaslar çərçivəsində Türk Mədəni İrsi Konvensiyasının hazırlanmasına dair təkliflər irəli sürülüb, türk dövlətləri başçılarının türk dövlətlərinin əməkdaşlıq etdiyi təşkilatlar qarşısında qoyduğu vəzifələr, “Turktime” proqram sənədi müzakirə edilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova iclasın gündəliyi haqqında məlumat verərək bildirib ki, "Türk Dünyası 2040 Vizyonu" çərçivəsində qurumun üzərinə qoyulan Türk Mədəni İrsi Konvensiyasının icrası üzərində artıq işlər başladılıb.

İclasın gündəliyinə Konvensiyanın hazırlanması, Fondun növbəti iki il üçün fəaliyyət planına baxılması və təşkilatın nəzdində Bərpaçılar və Türk Dünyasının Memarlıq Tarixçilərinin Məşvərət Şurasının yaradılması ilə bağlı məsələlər daxil edilib.

Sonra iştirakçılara Türk Mədəni İrsi Konvensiyası layihəsinin təqdimatı nümayiş etdirilib. Dövlət qurumlarının nümayəndələri, ekspert qrupları və Fondun əməkdaşları sənədin təkmilləşdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Fondun Şurasının yaradılması və Türk Mədəni İrsi Konvensiyasının hazırlanması istiqamətində də işlər aparılıb. Konvensiyanın təkmilləşdirilməsi məqsədilə Fond tərəfindən yaradılmış ekspert qrupu ilə onlayn və ikitərəfli görüşlər keçirilib, daha sonra yekun rəylər təşkilata üzv ölkələrin Xarici İşlər və Mədəniyyət nazirliklərinə təqdim edilib.

İclasda həmçinin təşkilata üzv ölkələrin müraciətləri və layihə rəhbərlərinin təklifləri əsasında türk dünyasının zəngin irsinin təbliği, qorunması və bərpası yönündə layihələri ehtiva edən Fondun ikiillik fəaliyyət planı ətraflı nəzərdən keçirilib.

 

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu