Türk dövlətlərinin vəkillər birliyi yaradılır

Türk dövlətlərinin vəkillər birliyi yaradılır
24.05.2024 14:42
Aa
dəq

Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin (TBB) və Azərbaycan Vəkillər Kollegiyasının (ARVK) birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşü baş tutub, niyyət bəyannaməsi imzalanıb.

Vəkillər Kollegiyasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, toplantıda Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri iştirak ediblər.

Mərasimdə Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri niyyət bəyannaməsi imzalayıb. Bəyannamədə Türk dövlətlərinin Vəkillər kollegiyaları birliyinin yaradılması, nizamnaməsinin hazırlanması, o cümlədən növbəti mərhələlərdə zirvə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Görüş çərçivəsində ARVK-nın sədri Anar Bağırov TBB-nin prezidenti Erinç Sağkanı “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edib. Eyni zamanda Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov Erinç Sağkana Naxçıvan MR ilə bağlı xatirə hədiyyəsi təqdim edib.

Həftənin ən çox oxunanları

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu